Da Vinci Hotel, Baku
"Da Vinci" otelinin zövqlə qurulmuş 11 otağı, özünün şəxsi terasından Alov Qüllələrinə olan mənzərəsi ilə seçilən "Da Vinci Suite" otağı ilə birlikdə Bakıya biznes görüşməsi və ya turist kimi gələn səyahətçilər üçün xüsusi rahatlıq imkanları yaradır. Zərif ruhda bəzədilmiş otaqların hər biri fərqli Avropa dizaynı görünüşünə malikdir, genişdir və otaqların hamısı iki nəfərlik iri və ya iki dənə tək adamlıq yataqlarla təchiz olunmuşdur. Bütün otaqlarda ayrıca kondisioner, yüksək sürətli internet, beynəlxalq kanalları olan kabel TV, kassa və minibar vardır. Axşam saatlarında yataq hazırlığı xidməti göstərilir. "Da Vinci" oteli Bakının tarixi mərkəzində, 12-ci əsrin qədim qala divarları arasında yerləşir. Otelimiz İçəri Şəhərin qədim atmosferi ilə tam uyğunluq kəsb edir və Karvan Saray, Şirvanşahlar Sarayı, Qız Qalası kimi tanınmış tarixi məkanlara yaxın yerdədir. Qala divarlarının sehrli aurası içində yerləşən məscid, xalça və sənətkarlıq mağazalarını köhnə küçələri dolaşmaqla rahatlıqla tapmaq olar. Sizi “Da Vinci Hotel Baku”da gözləyirik.
Daha ətraflı













